İşğalçıların Donetsk vilayətində yüksək intensivliyi oktyabr ayına qədər davam edə bilər.
”Xeberaz.info” xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasının mayoru Viktor Trequbov bildirib.
“Çox güman ki, oktyabra kimi… O zaman kadrlarla bağlı deyil, şəraitlə bağlı problemlər olacaq ki, onlar üçün indiki intensivliyi saxlamaq o qədər də əlverişli olmayacaq”, – Trequbov vurğulayıb.
Onun sözlərinə görə, iyunun ortalarından ruslar itkilərə baxmayaraq, çox intensiv irəliləyirlər:
“Ola bilsin ki, onlar bunu hansısa beynəlxalq müqavilələr əsasında edirdilər, ola bilsin ki, generallar siyasi rəhbərliyə nəsə söz veriblər və bunu çox fəal şəkildə yerinə yetirməyə çalışırlar”.