Son 24 saat ərzində Pokrovsk istiqamətində müdafiəçilər 18 yaşayış məntəqəsi yaxınlığında rusların 68 hücumunu dəf ediblər.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edək ki, Ukrayna ordusunun generalı Nikolay Malomujun sözlərinə görə, Rusiya lideri Vladimir Putin ordusuna noyabrın 15-dək Pokrovsk, Mirnoqrad və bütün Pokrovsk aqlomerasiyasını ələ keçirməyi tapşırıb.


























