Rusiya Lvova “Oreşnik” orta mənzilli ballistik raket zərbəsi endirdiyini iddia edir.
”Xeberaz.info” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
“AB və NATO sərhədinə yaxın belə bir zərbə Avropa qitəsindəki təhlükəsizliyə ciddi təhdid və transatlantik birlik üçün sınaqdır. Rusiyanın ehtiyatsız hərəkətlərinə qarşı sərt reaksiyalar tələb edirik.
Biz beynəlxalq tədbirlərə – BMT Təhlükəsizlik Şurasının təcili iclasına, Ukrayna-NATO Şurasının iclasına, eləcə də AB, Avropa Şurası və ATƏT daxilində cavab tədbirlərinə başlayacağıq”, – o bildirib.


























