Diplomatik addımlar da atacağıq, Rusiyanı dialoqa məcbur etmək, onun atəşi dayandırması üçün hər şeyi edəcəyik.
Xeberaz/info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Baş nazir vəzifəsinə namizəddən danışarkən deyib.
“Artıq çoxdan hazırlaşırıq, lakin prioritet aydındır – qışa hazırlıq. Ona görə də Sergey Koretski bütün məsləhətləşmələrdən sonra yəqin ki, Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxsdir”, – Zelenski qeyd edib.


























