Rusiyanın Samara vilayətində saxlanılan futbolçuların əksəriyyəti qeyri-qanuni miqrantlardır və onlar deportasiya oluna bilərlər.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, “Team Young” həvəskar futbol komandasının 20-yə yaxın futbolçusu saxlanılıb. Onların əksəriyyəti qeyri-qanuni miqrantlardır. Narkotik qəbul edənlər və qanun pozuntusu olanlar böyük ehtimalla deportasiya olunacaqlar.
Futbolçuların saxlanması avqustun 31-də məlum olub. Onların daim rəqiblərə və tamaşaçılara hücum çəkməsi, hər kəsi milli mənsubiyyətinə görə təhqir etməsi həbsə səbəb olub. İdmançılara öz ölkələrindən olan azarkeşlər kömək edib. Onlar “Team Young”ın oyunlarına gəlib münaqişələrdə iştirak ediblər.
Həbs zamanı bəzi şəxslərin narkotik vasitənin təsiri altında və ya sərxoş olduqları müəyyən edilib.//Oxu.Az