image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-raket-rusiya

Rusiya “Oreşnik”lə hücum etməyəcək, çünki… – Ekspert

image-legitimaz-810x90

Yaxın vaxtlarda “Oreşnik” raketləri ilə hücumlar olmayacaq.

Xeberaz.info xəbər verir ki, bunu ukraynalı aviasiya eksperti Valeri Romanenko bildirib.

O, sözügedən məlumatı Kirill Budanovdan (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi – red.) aldığını söyləyib.

“Düşünürəm, onun əlində müvafiq məlumat var, o, ixtisaslı insandır”.

Ekspertin fikrincə, ruslar bu raketi bir müddətlik saxlayacaqlar, çünki onlara hər hansı danışıqlar ərəfəsində yenidən “qorxutmaq” lazım olacaq.

O bildirib ki, bu raket eksperimental nümunədir və istehsalı tək-tək (məhdud sayda) həyata keçirilir. Buna görə də, komplekslərin qoşunlara verilməsi ilə bağlı açıqlamalara baxmayaraq, yaxın vaxtlarda onların tətbiqi ehtimalı azdır.

Qeyd edək ki, yanvarın 8-dən 9-na keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki