image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-tanker-neft-yeni

Rusiya nefti satılmır, tankerlər dənizdə qalıb – KİV

image-legitimaz-810x90

Neft emalı zavodlarına endirilən müntəzəm zərbələr səbəbindən Moskva gözlənilməz problemlə üzləşib: neft hasil edilir, lakin onun emalı getdikcə çətinləşir.

Xeberaz.info xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, iyul ayında neft emalı həcmləri son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb:

“Nəticədə Rusiya xam neft ixracını artırmaq məcburiyyətində qalır, lakin bütün həcmləri sata bilmir. Bəzi tankerlər həftələrlə dənizdə hərəkətsiz qalır. Rusiya nefti Misir sahillərində, Sinqapur yaxınlığında və Rusiyanın Uzaq Şərq limanları ərazisində toplanır, alıcıları gözləyir və ya başqa gəmilərə yüklənir. İxrac gəlirləri həftə ərzində təxminən 200 milyon dollar azalıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki