Ukraynaya layiqli şərtlərlə sülh lazımdır və Kiyev mümkün qədər konstruktiv işləməyə hazırdır.
Xeberaz.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski öz Teleqram kanalında yazıb.
“Dünəndən bəri bütün xidmətlərimiz Rusiyanın enerji sektoruna zərbələrindən sonra bölgələrə elektrik enerjisi, istilik və su təchizatını bərpa etmək üçün çalışır. Vəziyyət hələ də çətindir – Nikolayev, Odessa, Xerson, Çerniqov, Donetsk, Sum, Dnepr vilayətlərində yüz minlərlə ailə elektriksiz qalıb. Xəsarət alanlar var.
Rusiya müharibəni uzadır və xalqımıza mümkün qədər çox zərər vermək istəyir. Ümumilikdə, bu həftə ruslar Ukraynaya 1500-dən çox zərbə dronu, təxminən 900 idarə olunan hava bombası və 46 müxtəlif tipli raket buraxıblar. Cəmi bir həftədə.
Bu günlər diplomatiya ilə dolu olacaq. Bunun nəticə verməsi çox vacibdir. Tərəfdaşlarımızın dəstəyinə güvənirəm. Kömək edən hər kəsə təşəkkür edirəm”, – Zelenski qeyd edib.


























