image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ukrayna

Rusiya Kirovoqrada hücum etdi: 28 ev zədələndi, 5 yaralı

image-legitimaz-810x90

Kirovoqrad vilayətinin Znamyansk icması Rusiya dronlarının hücumuna məruz qalıb.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyanın Kirovoqrad vilayətinə PUA hücumları nəticəsində 5 nəfər xəsarət alıb.

Ərazidə 28 yaşayış evi zədələnib, onlardan biri tamamilə dağılıb. Hücum zamanı bir neçə yerdə yanğın baş verib. Rəsmi məlumatlara əsasən, həmçinin bir sıra infrastruktur obyektləri də zərər görüb.

Hadisə yerində xilasetmə və bərpa işləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki