“Rusiya ilə münaqişənin sonu atəşkəslə başlamalıdır”.
“Xeberaz.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında qarşıdurmaya son qoymaq üçün belə bir şərt irəli sürüb.
“Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır. Hər kəs bu mövqeni başa düşür və dəstəkləyir”, – Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə söhbəti barədə məlumat verərkən yazıb.
“Şəhərlərimiz davamlı atəş altında olanda sülhdən danışmaq mümkün deyil”, – Zelenski bildirib.