Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
“Xeberaz.info” xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.
Məhkəmə iclası qapalı elan edib, jurnalistlər məhkəmə zalından çıxarılıb.
Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.
Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi “Kaspi” kafesinin sahibidir.
***
Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.
Məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.
Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.