Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, Sakit okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasının keçmiş komandiri, qvardiya generalı Mixail Qudkov Kursk vilayətində öldürülüb.
”Xeberaz.info” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qudkovun iyulun 2-də Kurskda sərhədyanı rayonların birində döyüş əməliyyatı zamanı öldüyünü təsdiqləyib.
“Aif.ru” saytı yazır ki, Ukrayna ordusu Kurskdakı səhra qərargahına raket hücumu edib. Hücum zamanı Qudkov qərargahda olub.
Qərargaha ən azı dörd raketin atıldığı deyilir. Məlumatlara görə, Ukrayna qərargahın yerini radiokəşfiyyat vasitəsilə müəyyən edə bilib.
Hücum zamanı Mixail Qudkovun köməkçisi kimi təqdim edilən Nəriman Şıxəliyev adlı hərbçi də həlak olub.