image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-584460745_1390677739078667_3352572684611407518_n

Rəqəmsal İpək yolu

image-legitimaz-810x90

Rəqəmsal İpək yolu

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi olan UzA-ya verdiyi müsahibə iki ölkə arasında son illər daha da güclənən strateji tərəfdaşlığın mahiyyətini əks etdirir. Müsahibə zamanı dövlət başçısı siyasi, iqtisadi və humanitar sahələrdə əldə olunan nəticələri dəyərləndirərək Azərbaycan–Özbəkistan münasibətlərinin regional əməkdaşlıq üçün nümunəvi modelə çevrildiyini vurğulayır. Bu çıxış həm də qarşıdakı dövrdə birgə layihələrin genişlənməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşməsi barədə aydın təsəvvür yaradır.

Regionda doqquz beynəlxalq hava limanı, ən böyük mülki yük aviasiya donanmasına malik olmaqla yanaşı, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyi məsələsində də Mərkəzi Asiya dövlətləri ilə sıx əməkdaşlıq edir. “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi qardaş türk respublikalarının elektrik enerjisi ehtiyatlarının Avropa bazarlarına çıxışını təmin edəcək ki, bu da regional əməkdaşlığı gücləndirməklə yanaşı, həm də siyasi-strateji baxımdan ölkələrimizin nüfuzunu yüksəldəcək.  Nəzərə alsaq ki, Azərbaycan Respublikası işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib, ölkəmizdə alternativ enerji potensialından istifadə istiqamətində genişmiqyaslı işlər aparılır, beynəlxalq investisiyalar cəlb edilir, o cümlədən Mərkəzi Asiya respublikaları da zəngin alternativ enerji potensialına malikdir, onda adıçəkilən fiber-optik kabel şəbəkəsinin strateji əhəmiyyəti aydın olur.

Sürətli inteqrasiya prosesləri ilə xarakterizə olunan müasir dövrdə insanların və yüklərin hərəkətliliyinin artması, daşıma proseslərinin intensivləşməsi uzunmüddətli iqtisadi inkişafın əsas çağırışlarından biridir. Beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşımaların həcm və dövriyyəsində ilbəil müşahidə edilən dinamik artımlar da bunu bir daha təsdiq edir. Dünyanın əsas istehsal – yük mərkəzi olan Çin dövlətini Avropa ilə birləşdirən Orta dəhliz üzrə daşımaların təkcə son üç ildə 90% artması, dəhliz boyunca limanlarda və müxtəlif ərazilərdə yerləşən “darboğaz”larda aparılan təkmilləşdirmə işləri, gömrük proseslərinin rəqəmsallaşdırılması, elektronlaşdırma tədbirləri nəqliyyat-tranzit xidmətlərinin prioritetliyini bir daha önə çıxarır.

Orta dəhlizin əsas nəqliyyat-tranzit qovşağı olan Azərbaycanda illik buraxılış qabiliyyəti 25 milyon ton olan Ələt Beynəlxalq Limanının tikintisi, 400 hektar ərazidə avtomobil, dəmir yolu, su, hava daşımalarının birləşdiyi əhəmiyyətli bir qovşağın formalaşdırılması, tranzit daşımaların daha çevik təşkili və infrastruktur təminatının davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl həyata keçirilən layihə və proqramlar ölkəmizdə nəqliyyat sektoruna dövlət qayğısının, eləcə də bu sektordan gözləntilərin real nümunələridir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki