Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu- 8-ci turunda keçirilən “Benfika” – “Real” matçında (4:2) maraqlı anlar yaşanıb.
Xeberaz.info xəbər verir ki, görüşün 90+8-ci dəqiqəsində “Benfika” cərimə zərbəsi yerinə yetirib. Həmin vaxt Portuqaliya təmsilçisinin qapıçısı Anatoli Trubin də meydanın Madrid komandasına aid hissəsinə gəlib.
Sonda isə Trubin qol vurmağı bacarıb və “Benfika” pley-offa yüksəlib.
Belə ki, Lissabon klubu top nisbətini -2-yə endirb, “Marsel”i qabaqlayaraq turnir cədvəlində 24-cü yeri tutub. “Marsel” isə 25-ci olaraq (top nisbəti -3) mübarizədən kənarda qalıb.


























