image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-00af5f8fcb3abf7325838a2660917966

Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ – Bu gün səhər…

image-legitimaz-810x90

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin itkin düşmüş 20-ci hərbçisinin nəşi tapılıb.

”Xeberaz.info”  A Haber-ə istinadən xəbər verir ki, hadisə yerində olan jurnalistin verdiyi məlumata görə, axtarışlar bir neçə gün davam edib və son nəş də bu gün səhər saatlarında dağıntılar arasından çıxarılıb.

Xatırladaq ki, noyabrın 11-də Gürcüstanın dağlıq bölgəsində baş verən aviasiya qəzası nəticəsində təyyarədə olan bütün heyət üzvləri həlak olmuşdu. Qəza yerinin Xolaqiri monastırı yaxınlığında yerləşdiyi, təyyarə qalıqlarının isə sərt yamaclara səpələndiyi bildirilir.

Hadisə ilə bağlı Gürcüstan prokurorluğu aviasiya təhlükəsizliyi qaydalarının pozulması ehtimalı üzrə cinayət işi açıb. İstintaq Türkiyə və Azərbaycan müvafiq qurumlarının iştirakı ilə birgə aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki