image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-traktor-qeza

QAZ-31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı

image-legitimaz-810x90

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

”Xeberaz.info” xəbər verir ki, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi “Belarus” markalı traktor toqquşub.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər – 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki