image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-561613470_1360308302115611_6732917638297926772_n

Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim

image-legitimaz-810x90

Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim

Azərbaycan və Tacikistan arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Hər iki xalq qədim mədəni irsə, ortaq dini və mənəvi dəyərlərə malikdir. Məhz bu birliyə əsaslanaraq, iki ölkə müasir dövrdə də qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri üzərində möhkəm münasibətlər qurmuşdur. Bu münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır. İqtisadi, humanitar, təhsil və mədəniyyət istiqamətlərində də geniş əməkdaşlıq mövcuddur. İki ölkə arasında həyata keçirilən birgə layihələr, qarşılıqlı səfərlər və mədəni mübadilələr xalqlar arasında daha sıx əlaqələrin yaranmasına zəmin yaradır.

Prezident cənab İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbədə səfərdə oldu. Səfər Azərbaycan-Tacikistan münasibətlərinə, eyni zamanda, MDB ölkələri arasında əlaqələrə işıq saldı. Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edən cənab İlham Əliyev bildirdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Tacikistan və Azərbaycan ticari-iqtisadi və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün mövcud potensialdan istifadə etmək əzmindədir. Xalqlarımızın mədəniyyəti, ənənələri, həyat tərzi bir-birinə yaxındır və  mədəni sahədə mübadilə xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Azərbaycan–Tacikistan dostluğunun əsas dayaqlarından biri də humanitar əməkdaşlıqdır. Təhsil və mədəniyyət sahələrində həyata keçirilən mübadilələr, tələbə proqramları və mədəniyyət günləri xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir.

Prezident cənab İlham Əliyevin qardaş Tacikistan xalqına ünvanladığı bu təbrik, sadəcə diplomatik jest deyil, həm də regional həmrəyliyin və mənəvi yaxınlığın ifadəsidir. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi, iqtisadi və mədəni əlaqələrin daha geniş miqyas alacağı şübhəsizdir.

Azərbaycan və Tacikistan arasında formalaşmış bu sarsılmaz dostluq və əməkdaşlıq münasibətləri regionda sülhün, sabitliyin və qarşılıqlı inkişafin qorunmasında mühüm rol oynayır.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki