image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568426767_1369939197819188_487556272774013474_n

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi

image-legitimaz-810x90

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi.

Azərbaycan və Qazaxıstan xalqlarını əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi bağlar birləşdirir. Bu ortaq dəyərlər qarşılıqlı etimadın, əməkdaşlığın və regional əməkdaşlıq platformalarının inkişafında mühüm rol oynayır. Xüsusilə işğal dövründə dost dövlətin Azərbaycanın haqq işinə verdiyi dəstək, beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməsi iki qardaş ölkə arasında əlaqələrin strateji mahiyyətini ortaya qoyur və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Görüşlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticari əlaqələrin artırılması məsələlərinə diqqət yetirilib. Azərbaycan ərazisində və regionda həyata keçirilən nəqliyyat-logistika layihələri, xüsusən Orta Dəhliz və Zəngəzur Dəhlizi Asiya ilə Avropa arasında ticarət əlaqələrini gücləndirməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Bu layihələr, həmçinin regional inkişafın təşviqi, tranzit imkanlarının artırılması və beynəlxalq əlaqələrin daha səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan və Qazaxıstan arasında humanitar əməkdaşlıq da prioritet sahələrdən biridir. Füzuli şəhərində açılışı baş tutan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin dəstəyi ilə yaradılıb. Bu mərkəz həm uşaqların təhsil və inkişafını təmin edir, həm də qardaşlıq və dostluğun konkret nümunəsi kimi çıxış edir. Hər bir layihə və infrastruktur təşəbbüsü iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir. Mətbuata bəyanatında dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Görüşlərin nəticəsi olaraq bir sıra strateji sənədlər imzalanıb. Ali Dövlətlərarası Şura və Hökumətlərarası Komissiya çərçivəsində qəbul olunan qərarlar, energetika, sənaye, rəqəmsal inkişaf, nəqliyyat və digər sahələrdə imzalanan ikitərəfli sənədlər əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. Bu sənədlər həm iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə, həm də regional layihələrin icrasına stimul verir, gələcəkdə daha genişmiqyaslı əməkdaşlığın reallaşdırılması üçün zəmin yaradır. Beynəlxalq platformalarda da tərəflərin yaxın əməkdaşlığı diqqət çəkir. Azərbaycan və Qazaxıstan hər zaman BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, mövcud layihələri və təşəbbüsləri birgə həyata keçirir. Gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi edəcək. Həmin tədbirlər iki ölkə arasındakı strateji tərəfdaşlığın, ortaq dəyərlərin və regional liderliyin növbəti bariz nümunəsi olacaq. Tərəflər, həmçinin Avrasiya regionu ilə əlaqələrin inkişafı, Cənubi Qafqazın tranzit potensialının genişləndirilməsi və iqtisadi inteqrasiyanın təşviqi məsələlərinə toxunublar. Avqustda Vaşinqtonda imzalanan TRIPP layihəsi çərçivəsində açılan yeni marşrutlar, həm yüklərin dövriyyəsini artırmaqla, həm də ticarət potensialını genişləndirərək, regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyasına xidmət edir. Bu layihələr, həmçinin Azərbaycan və Qazaxıstanın iqtisadi diplomatiyasının uğurlu təzahürü kimi dəyərləndirilir. Dövlətimizin başçısı sözügedən müsahibəsində bildirib ki, bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik: “Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.

 

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki