image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ad23cad8784f9e96bfd21e5b257195a2

“Qarabağ” Çempionlar Liqasında neçəncidir?

image-legitimaz-810x90

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

“Xeberaz.info” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Bilbao “Atletik”i ilə qarşılaşıb.

Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb.

1-ci turda “Benfika”ya, 2-ci turda isə “Kopenhagen”ə qalib gələn Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.





  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki