image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752940271_210e9a8dfee64458b92f54d197f15428

Qalib xalqın Lideri

image-legitimaz-810x90

Qalib xalqın Lideri

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Prezident öz mülahizələrində təkcə Azərbaycanın milli maraqlarına istinad etmirdi. Dövlətimizin başçısı bütün regionun və regionda yerləşən konkret ölkələrin milli maraqlarını nəzərə alaraq bu və ya digər məsələlərlə bağlı öz fikirlərini səsləndirdi. Bu cür miqyas, kontekst və yanaşma yalnız böyük siyasəti aparmaq iqtidarında olan dövlətlərə məxsus ola bilər.

Forum ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası özünü çox gözlətmədi. Demək olar ki, Prezidentin hər bir sözü və fikri böyük diqqətə layiq görüldü. Qlobal internet məkanında minlərlə şərh və interpretasiyalar ilə rastlaşmaq mümkündür. Dövlətimizin başçısının bir çox fikirləri düşünməyə vadar edir, ən azından ona görə ki, onlar uzun on illiklər ərzində beynəlxalq münasibətlər sistemində daşlaşmış şəkildə yaşanan stereotipləri darmadağın edir. Beynəlxalq münasibətlər sistemində “dəbin” və tendensiyaların diktəsi paradiqmasından imtina olunmasının zamanı çatıb. Budur Azərbaycan Prezidentinin strateji çağırışı. Sözügedən çağırış müstəqil dövlətlərin ən ali siyasi dəyəri hesab olunan suverenlik amilini toxunulmaz edir.

Dünyada Azərbaycana dost olan və hətta dostluqdan çox uzaq dayanan dövlətlər belə bizi artıq “Qalib xalq” kimi adlandırır. Sözügedən amil milli xoşbəxtliyin ideoloji mənbəyi kimi çıxış etməlidir. Bu cür ifadələrdən biz əsla çəkinməməliyik. Bu cür hisslərin milli təfəkkürümüzdə yaşanması bizi millət və dövlət olaraq daha güclü edə bilər. Belə ki, Forumda iştirak edən dünyanın ən tanınmış və hətta müəyyən mənada qalmaqallı jurnalistlərindən biri öz sualını verərkən Prezident İlham Əliyevə müraciət edən zaman “Siz qalib xalqın Lideri kimi” ifadəsini istifadə etmişdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki