Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb.
Xeberaz.info Report-a istinadla xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində qaldırıcı onun üzərinə düşüb və o ölüb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.


























