Rusiya Prezidenti Vladimir Putinin birbaşa xəttinə 550 mindən çox vətəndaş müraciəti daxil olub.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.
“Müraciətlərin sayına gəlincə, bu gün onların sayı artıq yarım milyonu ötüb. Daha dəqiq desək, artıq 552 min müraciət qeydə alınıb”, – deyə aparıcı bildirib.
Qeyd edək ki, bu il “Vladimir Putinlə ilin icmalı” verilişi 19 dekabrda baş tutacaq. Ruslardan sualların toplanması dekabrın 4-də başlayıb.


























