Ukrayna qoşunları mövqelərini tərk etdikdən sonra hərbi əməliyyatlar dayandırılacaq.
”Xeberaz.info” “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “işğal etdikləri ərazilər”dən (Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisi olan Donbası nəzərdə tutur – red.) geri çəkilməsə, Rusiya buna silah gücü ilə nail olacaq.
Rusiya prezidenti həmçinin qeyd edib ki, bütün cəbhələrdə müsbət impuls davam edir, Rusiya Silahlı Qüvvələri öz irəliləyişlərini artırır.


























