image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1e5ca4f5e7040e764e62fbc24c99cd90

Putin Maqadandadır – 10 ildən çoxdur getmirdi

image-legitimaz-810x90

Rusiya prezidenti Vladimir Putin Alyaskaya ən yaxın olan Rusiya şəhəri Maqadana gedib.

”Xeberaz.info” xəbər verir ki, onun mətbuat katibi Dmitri Peskov Putinin orada bir sıra obyektlərə baş çəkəcəyini, regionun qubernatoru Sergey Nosovla görüşəcəyini deyib: “Region səfəri, mühüm şəhərdir. Putin baş nazir kimi dəfələrlə orada olub. Şəhərdə rahat yaşayış mühitinin yaradılması layihələri həyata keçirilir”.

Bildirilir ki, səfər çərçivəsində Putinin rəhbərliyi ilə Maqadanın inkişafı üzrə baş planın həyata keçirilməsi mövzusunda görüş planlaşdırılır. Putinin ikinci və üçüncü prezidentlik dövründə bir dəfə də olsun getmədiyi regionda bir sıra istehsal müəssisələri, həmçinin Sovet ordusu şərəfinə yaradılmış abidələri ziyarət edəcəyi, daha sonra Alyaskaya gedəcəyi qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki