image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-metyu_uitaker

Putin dünyanın ən güclü ordusu ilə yarışmaq istəmir – Uitaker

image-legitimaz-810x90

Yaxın vaxtlarda bir neçə ölkə Ukrayna üçün Amerika silahlarının alınmasına vəsait ayıracağını açıqlaya bilər.

”Xeberaz.info” xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib.

“Yaxın həftələrdə bu məsələ ilə məşğul olan insanlarla işləyərək ciddi nəticələr əldə edəcəyik. Məncə, siz başa düşürsünüz ki, biz ən vacib, müasir, ən son texnologiyalı silahlardan danışırıq. Biz onları Avropadakı müttəfiqlərimizə satacağıq və həmin silahlar Ukraynada ön cəbhədə istifadə olunacaq. Axırda biz qətlləri dayandırmalıyıq, ən önəmlisi budur”, – Uitaker vurğulayıb.

Uitakerin fikrincə, Kreml rəhbəri Putin hazırda dünyanın ən güclü ordusuna sahib olan ABŞ ordusu ilə yarışmaq istəmir:

“Vladimir Putinin beynində nə baş verdiyini anlamaq mümkün deyil, çünki bu, xəstə, təhrif olunmuş və yəqin ki, məntiqsiz bir şeydir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki