image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-zelenski-yeni

Putin bütün Ukraynanı tutsa… – Zelenski

image-legitimaz-810x90

Rusiya sülhə razılaşmaq istəmir. Bu gün Rusiya Prezidenti Vladimir Putin kifayət qədər rahat vəziyyətdədir – o, mütləq gücə malikdir, lakin hər şeyi çox tez itirə bilər.

Xeberaz.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Point” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, hətta sovet dövründə də heç kimin əlində Putin qədər səlahiyyət olmayıb:

“Putin hakimiyyəti əlində saxlamaqla həyatını xilas edir. O, iqtisadiyyata fikir vermir. Təbii ki, onun resursları var”.

Zelenski əlavə edib ki, Rusiyanın bir çox regionlarında, xüsusən də kəndlərdə insanlar maddi problemlərlə üzləşirlər:

“Dünyanın ən zəngin torpağının, dünyanın ən böyük ərazisinin bütün sərvətləri bu gün kiçik bir çevrənin nəzarətindədir”.

Zelenski vurğulayıb ki, Putin bütün Ukraynanı ələ keçirə bilsə, ondan tramplin kimi istifadə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki