image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1712078004-_118698255_pashinyan21

Paşinyan Naxçıvana maneəsiz gediş-gəlişdən danışdı

image-legitimaz-810x90

“Vaşinqton Bəyannaməsində beş prinsip aydın şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq”.

“Xeberaz.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də nazirlər kabinetinin növbəti iclasında deyib.

Paşinyan Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə, xüsusən də Naxçıvana Ermənistan Respublikası ərazisindən maneəsiz əlaqənin təmin edilməsinə toxunub.

O qeyd edib ki, sərhəd-keçid məntəqələrində sadələşdirmələr olacaq: “Biz təkcə Ermənistan-Azərbaycan sərhəd məntəqələrində deyil, həm də bütün sərhəd məntəqələrində sadələşdirəcəyik ki, biznes mühiti – ixrac, idxal, tranzit mümkün qədər sadələşsin, bu, istənilən halda biznes fəaliyyəti üçün ən münasib və vacib mühitdir. Beş prinsipin nəzərdə tutduğu şeylər orada olmalıdır. Bu beş prinsipdə hər şey nəzərdə tutulur, amma forma başqa məsələdir”.

Biz bu beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki