Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.
Özbəkistan və Azərbaycanı ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Azərbaycan-Özbəkistan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Xüsusilə,Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı qardaşlıq və həmrəyliyə əsaslanmaqla nümunəvi xarakter daşıyır. Energetika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin strateji vasitələrindən biridir. SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarını ixrac etməsi, neft-qaz
texnologiyaları üzrə birgə müəssisənin fəaliyyəti və Azərbaycan-Qazaxıstan- Özbəkistan enerji inteqrasiyası layihələri regionun enerji təhlükəsizliyinə və yaşıl enerji strategiyasına yeni perspektivlər açır. 2024-cü ildə imzalanan sazişlər enerji sistemlərinin qarşılıqlı inteqrasiyasına, bərpaolunan mənbələr üzrə əməkdaşlığa və ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
Beləliklə,Azərbaycan– Özbəkistan münasibətləri artıq sadəcə ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha geniş regional əməkdaşlıq modelinin mühüm dayağına çevrilib. Bu müttəfiqlik həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də Mərkəzi Asiya və Xəzər regionunda birliyə, inteqrasiyaya və sabitliyə yeni təkan verir.
Zərdab rayonu Yarməmmədbbağı kənd sakini Ağayev Məhəmməd Ağa oğlu


























