image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-584504297_1391340559012385_8461680378751988193_n

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

image-legitimaz-810x90

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.

Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji mahiyyətini və qardaşlıq zəminində inkişaf edən çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə göstərdi. Dövlət başçısı müsahibəsində siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, nəqliyyat-kommunikasiya layihələrindən mədəni-humanitar əlaqələrə qədər bütün sahələrdə əldə edilmiş nəticələri dəyərləndirdi, iki ölkənin gələcək inkişaf vizionuna dair mühüm mesajlar verdi. Cənab Prezident müsahibədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu gün getdikcə artan strateji əhəmiyyətə malik olan vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırmasından bəhs edib. Bu məkan regionda siyasi dialoqun güclənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və qlobal təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyətin səmərəliliyini daha da artırır. Prezident İlham Əliyev yaxın günlərdə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edəcəyini bildirib və xatırladıb ki, bu, onun tədbirdə sayca üçüncü iştirakı olacaq. O, ilk dəvəti 2023-cü ildə Düşənbədə keçirilən görüşə aldığını, növbəti dəfə 2024-cü ildə Astanadakı toplantıda iştirak etdiyini, qarşıdakı görüşün isə Daşkənddə keçirilməsinin gözlənildiyini vurğulayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayrılsa da, Xəzər dənizi əslində bu ölkələri birləşdirən mühüm amildir. Belə ki, Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, xalqlarımızın tarixi əməkdaşlığının, iqtisadi potensialının və birliyinin simvoludur. Prezident İlham Əliyev bildirib ki, ölkələrimizi yalnız coğrafi yaxınlıq deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. O, Azərbaycanın region ölkələri ilə ən yüksək səviyyədə əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi dialoq və qarşılıqlı səfərlər intensivləşməkdədir, son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana təxminən 30 səfəri olub, dövlət başçımız isə bu müddətdə qardaş ölkələrə 13 dəfə səfər edib. Bu dinamika münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Bu gün Azərbaycan–Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsindədir. Dövlət başçımız  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında yaranmış şəxsi dostluğun və qarşılıqlı etimadın münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib. Son bir il yarımda ölkə liderləri arasında beş yüksək səviyyəli səfərin baş tutması münasibətlərin yüksək dinamikasının göstəricisidir. Belə ki, 2023-cü ilin avqustunda Prezident İlham Əliyev  Özbəkistana 2024-cü ilin iyulunda isə Prezident Şavkat  Mirziyoyev Azərbaycana dövlət səfərləri etmişdilər və bu səfərlər çərçivəsində dövlətlərimiz arasında onlarla mühüm sənəd imzalanmışdır. Dövlətimizin başçısı vurğulayıb ki, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldən əhəmiyyətli sənədlərdir. Bu sənədlər qısa müddətdə görülən böyük işlərin və tərəfdaşlığın dərinləşməsinin göstəricisidir.

 

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki