Ukrayna ərazisinə “Oreşnik” raket kompleksi ilə endirilən zərbə nümayiş xarakteri daşıyıb və döyüş başlığı olmadan həyata keçirilib.
Xeberaz.info xəbər verir ki, bu barədə “Nezıqar” Telegram kanalı məlumat yayıb.
Nəşr yazır ki, faktiki olaraq, söhbət Dneprdə qeydə alınan zərbədən gedir.
Məlumata görə, zərbə Polşa sərhədindən 80 kilometr məsafədə endirilib. Kanal müəlliflərinin qiymətləndirməsinə əsasən, bu addım Kreml üçün Valday üzərində pilotsuz uçuş aparatlarının peyda olması və bir gəminin saxlanılması ilə bağlı “cavab” mövzusunu bağlamağa hesablanıb.
Kanalın iddiasına görə, “Oreşnik” raketinin bir buraxılışının dəyəri 40–80 milyon dollar arasında qiymətləndirilir.
“Vəziyyət Qərb üçün xoşagəlməzdir, amma o qədər də kritik və ya şokedici deyil. “Oreşnik”in dəyəri 40–80 milyon dollar arasında qiymətləndirilir. Bizim psixoloji reaksiyamıza bu qədər pul xərclənib”, – paylaşımda qeyd olunur.


























