Ölkəmiz əksər qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşdur
Dövlət başçısı İlham Əliyev 21 may 2025-ci il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir.
Təsadüfi deyil ki, hələ ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü bu il Budapeşt şəhərində təşkil edilmişdir. Ümumiyyətlə, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır, eləcə də müstəqil siyasət aparan və beynəlxalq nüfuza malik olan bir ölkədir.
Bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək Azərbaycan təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. 2025-ci il həm də Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.
Hər il təşkil edilən bu Zirvə görüşləri əbəs yerə keçirilmir. Belə ki, bu görüşlər Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir
Ölkəmiz əksər qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşdur. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan Xəzər dənizi vasitəsilə türk dövlətləri üçün mühüm tranzit xidmətləri göstərir. Bundan başqa Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 9-cu hava limanının da yaxın zamanlarda istifadəyə veriləcəyi planlaşdırılır. Bu hava limanından 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə yerləşir.
Prezident İlham Əliyev çıxışı zamanı, həmçinin bildirmişdir ki, ötən ilin noyabr ayında 200-ə yaxın ölkənin anonim səsverməsi yolu ilə dünya əhəmiyyətli beynəlxalq tədbirlərdən olan COP29 tədbirinə Azərbaycan ev sahibliyi etmişdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadından irəli gəlirdi. Tədbirin təşkili üçün qısa müddətin olmasına baxmayaraq, COP29 Azərbaycanda olduqca yüksək səviyyədə və qüsursuz təşkil edildi, Azərbaycan bu böyük məsuliyyətin öhdəsindən layiqincə gəldi. Azərbaycan həm də COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu və Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Ölkəmizin əsas uğurlarından biri bu Konfrans nəticəsində inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmanın əldə edilməsidir. Həmçinin Azərbaycan 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail oldu, eləcə də İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyinə bir ərməğandır
Milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyi hər zaman Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olub. Türk Dövlətləri Təşkilatının beynəlxalq güc kimi müəyyənləşdirilməsində ölkəmizin Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüslərinin vacib rolu olub. Ötən il həyata keçirilən türkdilli ölkələrin güclərini birləşdirməsi öz aktuallığını qoruyub saxladığı bir dövrdə “türk dünyası ailəsi”nin həmrəyliyinin gücləndirilməsinə xidmət edən Qarabağın incisi Şuşada qeyri-rəsmi Zirvə görüşü XXI əsr Türk dünyasının inkişafı əsri olmasının əyani nümayişi oldu. Azərbaycan xalqının, Ulu Öndər Heydər Əliyevin Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs torpaqda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, Qarabağ Bəyannaməsinin imzalanması Türk dünyasının günü-gündən daha sıx birləşməsinin təsdiqi idi.
Dünyanın qütbləşdiyi, geosiyasi proseslərin, müharibələrin aparıldığı bir zamanda Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirildi. Türk dünyası birliyinin növbəti təntənəsi olan görüşdə çıxış edən Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərindən məmnunluğunu ifadə edərək onu da qeyd edib ki, bu, Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
“Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı ilə işinə başlayan Zirvə görüşünün əsas hədəfi Şərq və Qərb arasında körpü rolunu oynamaq olub. Öz növbəsində təşkilatın ən fəal üzvü olan Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu oynadığı reallıqdır. Təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması, bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da Azərbaycanın Türk dünyasına, birliyinə növbəti töhfəsidir.
Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyinə bir ərməğandır. Tədbirdə o da bidirildi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi.
Ölkə Prezidentimiz cənab İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycanın türk dövlətlərinin birliyinə daha bir töhfəsindən, Orta Dəhliz layihəsindən geniş bəhs edərək bildirib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal