image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568536673_1369866691159772_5064135795024275074_n-1

Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər

image-legitimaz-810x90

Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Məlumdur ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Ölkəmərimiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək  səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür.

Cari ilin oktyabrın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident cənab İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Prezident cənab İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi, həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir.

Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur.

Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.

Prezident cənab İlham Əliyev bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bu yanaşma yeni regional arxitekturanın siyasi əsaslarını müəyyənləşdirir. Azərbaycan–Qazaxıstan tandemi bu sistemin təməl sütunlarından biridir. Əgər ötən onilliklərdə bu əlaqələr daha çox iqtisadi və mədəni əməkdaşlıq üzərində qurulurdusa, bu gün artıq təhlükəsizlik, nəqliyyat, enerji və sülh məsələlərini əhatə edən kompleks strateji modelə çevrilib. Prezident cənab İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, lider dövlətdir. Bu liderlik dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, sülhün və iqtisadi inteqrasiyanın əsas təminatçısıdır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki