image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku_oipjabo-s

Müstəqilliyimizin ağrılı və əzablı mərhələsi

image-legitimaz-810x90

Müstəqilliyimizin ağrılı və əzablı mərhələsi.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. O illərdə hadisələri düzgün qiymətləndirə bilməyən iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər  Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənən və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi. Azərbaycan xalqı qanı və canı bahasına qazandığı müstəqilliyin qorunması üçün onun  əldə olunmasına ən çox töhfə vermiş əvəzsiz lideri Heydər Əliyevi hakmiyyətə  dəvət etdi. Bu reallıq hər zaman önə çəkilir ki, hər bir ölkənin tarixində onun bu gününü və gələcəyini müəyyənləşdirən, həyatında əhəmiyyətli rol oynayan  dönüş nöqtələri olur. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə yanaşı,  1992-ci il 21 noyabr tarixində bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan, sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması da  həmin dönüş nöqtələrindən biridir. Bu hadisə sonrakı hadisələrin, uğurların başlanğıcı oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası xalqın sabaha ümidlərini bərpa etmək üçün üzərinə düşən  vəzifəni uğurla yerinə yetirdi. Dünya təcrübəsində ilkdir ki, bir partiya yaranmasından çox keçməmiş hakim partiyaya çevrilir. Yeni Azərbaycan Partiyası bu ilkə imza atdı. Partiyanın yaranmasından 7 ay sonra YAP-ın Sədri, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Təbii ki, partiyanın yaranmasında xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciət və bu müraciətə Ulu Öndərin “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabı əhəmiyyətli rol oynadı. “91-lər”in müraciətində  belə bir əminlik ifadə edilirdi ki, Yeni Azərbaycan Partiyasına  bu gün rəhbərlik etməyə qadir olan yeganə  mütləq lider Heydər Əliyev ola  bilər.  Yalnız bu halda  yaranmaqda olan partiya  öz qarşısına qoyduğu  məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək  Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan  boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər.  Əgər bu partiyanın bünövrəsini Heydər Əliyev  kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun  illər  xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda!” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və  fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində  müraciətdə göstərilən  Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv  zərurətdən doğur.  Belə bir partiya  Azərbaycanın siyasi-ictimai həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında  tarixi rol  oynaya bilər.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru- Dayangül Vəliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki