Rusiya hökumətinin baş nazir müavini Aleksey Overçuk bildirib ki, Moskva uzun illərdir İrəvana Avropa İttifaqının artıq əvvəlki kimi yalnız iqtisadi inteqrasiya birliyi olmadığını çatdırır.
Xeberaz.info İnterfaks-a istinadən xəbər verir ki, Overçuk qeyd edib ki, bu məsələ ilə bağlı Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq edilib, lakin müzakirələr əsasən qapalı formatda aparılıb və ictimaiyyətə açıqlanmayıb.
Onun sözlərinə görə, bu gün Avropa İttifaqı artıq sadəcə iqtisadi inteqrasiya qurumu deyil, faktiki olaraq hərbi-siyasi ittifaqa çevrilib və Rusiyaya qarşı düşmən münasibətini açıq şəkildə nümayiş etdirir.
Overçuk əlavə edib ki, Moskva bu mövqeyi erməni tərəfdaşlarının diqqətinə çatdırmaqda davam edir və onları atdıqları addımların nəticələri barədə düşünməyə çağırır.


























