image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1763297735-xestexana

Minaya düşən şəxsin ayağı amputasiya olundu

image-legitimaz-810x90

Noyabrın 16-da saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasında “Xeberaz.info”a bildirilib ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki