image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-371202_8rzyng3zv6

Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir

image-legitimaz-810x90

Azərbaycan xalqının tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti bir dövrün deyil, bütöv bir millətin taleyini müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdən biridir. Onun dövlətçilik iradəsi, xalqına olan sonsuz məhəbbəti və qətiyyəti sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya, böyük təhlükələrdən xilas ola bilmişdir.

Müstəqilliyin ilk illəri Azərbaycan üçün son dərəcə ağır və faciəvi dövr idi. Ölkədə siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, torpaqların işğalı və bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması xalqımızı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Dövlətçiliyin məhv olmaq təhlükəsi real idi. Məhz belə bir mürəkkəb tarixi şəraitdə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı fəlakətdən xilas etdi. Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitlik və inam bərpa olundu. O, ilk görüşünü Azərbaycan ziyalıları ilə, Milli Elmlər Akademiyasında keçirməklə elmə, təhsilə və intellektual potensiala verdiyi dəyəri bir daha nümayiş etdirdi. Bu görüş təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev elmə, təhsilə və ziyalılara böyük dəyər verirdi. O, Akademiyanın fəaliyyətini qorumağı, alimlərin işini davam etdirməsini mühüm dövlət vəzifəsi hesab edirdi. Halbuki həmin dövrdə ölkənin maliyyə vəziyyəti olduqca ağır idi, dövlət xəzinəsi demək olar ki, boşalmışdı. Buna baxmayaraq, Ulu Öndər elmə, mədəniyyətə və intellektual potensialın inkişafına xüsusi diqqət yetirirdi.

Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycan dövlətçiliyi möhkəmləndi, siyasi sabitlik bərpa olundu, iqtisadi islahatlara start verildi. Onun müəyyən etdiyi strateji kurs gələcək inkişafın əsasını qoydu və bu gün də müasir Azərbaycanın tərəqqisinin ideoloji dayağı kimi qalmaqdadır.

Ulu Öndər Heydər Əliyev təkcə bir dövrün lideri deyil, həm də müstəqil, güclü və yeniləşən Azərbaycanın memarıdır. Onun ideyaları və dövlətçilik xətti Azərbaycan xalqının milli varlığının, sabitliyinin və rifahının təminatçısı olmuşdur. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyi möhkəmləndi, xalqda sabaha inam yarandı.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki