Mədəni əlaqələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır
2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlar arasında dostluğun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, onun yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin təşkili mədəni əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Bundan başqa, gəmiqayırma sahəsində əməkdaşlıq sənaye sektorunda sinerji yaradır və tərəflərin qarşılıqlı texnoloji inkişafına töhfə verir. Yaşıl enerji istiqaməti isə yeni mərhələnin əsas vektorlarından biridir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji layihələrinin təşviqi üzrə imzalanmış sazişlər regional enerji təhlükəsizliyinin yeni modelini formalaşdırır. Bu təşəbbüslər ölkələrin ekoloji təmiz texnologiyalara keçidini sürətləndirir və davamlı inkişaf hədəflərinə uyğunluğunu təmin edir.
Prezident İlham Əliyev regional əhəmiyyətli ekoloji təhlükələrə də diqqət yetirərək Xəzər dənizinin sürətlə dayazlaşmasının ciddi təhdidə çevrildiyini vurğulayır. Bu proses biomüxtəlifliyin azalmasına, ekosistemin pozulmasına və iqtisadi təhlükələrə səbəb olur. Dövlətimizin başçısı xəbərdarlıq edir ki, məsələ yalnız iqlim dəyişikliyi ilə məhdudlaşmır və Xəzəryanı ölkələr arasında koordinasiyalı siyasət, elmi məlumat mübadiləsi və birgə tədbirlər qaçılmazdır. Xəzər dənizi sadəcə su hövzəsi deyil, ortaq məsuliyyət məkanıdır və burada atılacaq addımlar regional təhlükəsizlik və ekoloji tarazlıq üçün həlledici olacaqdır. Beləliklə, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan-Qazaxıstan əlaqələrinin bu gün gəlib çatdığı yüksək strateji səviyyəni və gələcək inkişaf istiqamətlərini aydın şəkildə göstərir. Bu münasibətlər tarixi dostluqdan müasir geosiyasi tərəfdaşlığa, iqtisadi inteqrasiyadan regional liderliyə, türk dünyası vizyonundan qlobal əməkdaşlıq modelinə yüksəlib. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad, siyasi iradə və strateji baxış XXI əsrin Avrasiya məkanında ən uğurlu tərəfdaşlıq nümunələrindən biri kimi dəyərləndirilə bilər. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Prezident Əliyev bildirir ki, məhz bu möhkəm müqavilə bazası sayəsində əlaqələr daha çevik, daha sistemli və daha dərin formada inkişaf edib. Qurulan bu mexanizmlərin ən vaciblərindən biri 2024-cü ildə fəaliyyətə başlayan Ali Dövlətlərarası Şuradır. İlk iclasının nəticələri artıq iki ölkə münasibətlərinin yeni mərhələyədək yüksəldiyini göstərib. Astanada keçiriləcək ikinci iclas zamanı əməkdaşlığın perspektivləri daha dərindən müzakirə ediləcək və yeni strateji addımlar müəyyən olunacaq. Bu Şura ikitərəfli münasibətləri koordinasiya edən, qərarların icrasını təmin edən və gələcək hədəfləri müəyyənləşdirən ali siyasi platforma kimi çıxış edir. Bu, eyni zamanda, iki dövlətin institusional əməkdaşlığının nə qədər yüksək səviyyəyə çatdığını nümayiş etdirir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc