Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi ilə bu ölkənin İrana ödəməli olduğu 2 milyard dollar borc da batdı.
”Xeberaz.info” xəbər verir ki, bunu İranın tanınmış iş adamı Babək Zəncani özünün X səhifəsində yazıb.
“İran tarixində sanksiyalara görə təzyiqlərə məruz qalan və edam hökmünə məhkum edilən yeganə şəxs mən olmuşam”, – iş adamı əlavə edib.
O, ad çəkmədən Venesuelada olan 2 milyard dolların sanksiyalardan yayınmaq istəyən İran hökuməti məmurlarının fırıldaqçılığı nəticəsində yoxa çıxdığını yazıb.


























