image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-qirici-3

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

image-legitimaz-810x90

Litva Vilnüs sakinlərini ölkənin hava məkanına dronun daxil olması ehtimalı barədə xəbərdar edib.

Xeberaz.info xəbər verir ki, bu barədə LRT nəşri yazıb.

Bu səbəbdən Vilnüsdə qısamüddətli həyəcan siqnalı verilib və NATO qırıcıları havaya qaldırılıb.

Bundan bir qədər sonra həyəcan siqnalı ləğv edilib – məlum olub ki, bu, Belarusdan Litva ərazisinə daxil olan meteoroloji aerostat olub.

“Obyekt dron deyil, meteoroloji aerostat kimi müəyyən edilib, buna görə də sakinlər hava təhlükəsinin aradan qaldırıldığı barədə məlumatlandırılıb. Lakin onların sayıq olması tövsiyə olunur, çünki belə obyektlər yenidən peyda ola bilər”, – Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzin rəhbəri Vilmantas Vitkauskas bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki