image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-321568

Lənkəranda ikimərtəbəli ev yanıb

image-legitimaz-810x90

Lənkəranda ikimərtəbəli yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Xeberaz.info” xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Vasif İsa oğlu Məlikova məxsus ikimərtəbəli evdə yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Qeyd edək ki, təhlükəsizliklə bağlı hazırda Boladi və Zövlə kəndlərində elektrik enerjisinin verilişi dayanıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki