image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-31bf8fb912c63564e8e6e59a0f507e01_1200

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürüb

image-legitimaz-810x90

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.info” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki