image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787203074-1787146276100_i741qyr18po

“Kubinka” sakinləri “Vialon” MTK-dan narazıdır – VİDEO

image-legitimaz-810x90

Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, “Kubinka” adlanan ərazidə sakinlərlə “Vialon” MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır.

Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanın məbləği ilə razılaşmayıb evlərini tərk etməyənlər də var.

Xeberaz.info Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, “Vialon” MMC onlara evlərinin hər kvadratmetri üçün 2500 manat təklif edir, ancaq bu məbləğ mənzilinin kvadratı az olan ailələrə sərf etmir. Şikayətçilər həmçinin söküntü işləri aparılandan sonra ərazidə təmizlik işləri aparılmadığını, səliqə-səhman yaradılmadığını bildirdilər.

Sakinlərin iddiaları ilə bağlı “Vialon” MTK heç bir məlumat verməyib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirildi ki, indiyədək həmin ərazidə bir neçə dəfə təmizlik işləri həyata keçirilib. Sakinlərin şikayəti ilə əlaqədar əraziyə yenidən baxış keçiriləcək.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki