image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e840d99c6d8402a99c4721b8fbf404ea

Kremldən sensasion açıqlama: “Putin, Si və Kim ABŞ-a qarşı sui-qəsd planlaşdırmayıb”

image-legitimaz-810x90

Rusiya ABŞ-la bağlı yayılan iddialara münasibət bildirib.

Xeberaz.info xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında sensasiyalı bəyanatla çıxış edib.

O, ABŞ mediasında və sosial şəbəkələrdə yayılan “Putin, Si Cinpin və Kim Çen In ABŞ-a qarşı gizli planlar qurur” iddialarını qəti şəkildə rədd edib:

“Biz bunu sosial şəbəkələrdən oxuduq. Prezident Tramp zarafatla Putinə və Şimali Koreya liderinə salam göndərdiyini deyib. Heç bir sui-qəsd olmayıb, heç kim belə bir şey düşünməyib. Hətta belə bir fikir də olmayıb. Üstəlik, hər kəs ABŞ-ın, Tramp administrasiyasının və şəxsən prezidentin indiki beynəlxalq nizamda rolunu yaxşı anlayır”, – deyə Uşakov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki