image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-kreml3

Kremldən Paşinyana tələb: TRİPP-dən əl çək!

image-legitimaz-810x90

Hakimiyyət dairələrində Nikol Paşinyanın Rusiyaya səfəri narahatlıqla müzakirə olunur. İyulun 6-da Yekaterinburq şəhərində keçirilən beynəlxalq sənaye sərgisində iştirak etmək üçün Rusiyaya yollanan və bu səfərin təşəbbüskarı olan Paşinyan Moskvanı razı sala bilməyib, nəticədə o, ixrac məsələsinin həlli ilə bağlı ictimaiyyət qarşısında verdiyi vədi də yerinə yetirməyib.

Xeberaz.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Seçki ərəfəsində Paşinyan əminliklə Moskvaya səfər edəcəyini və bir neçə gün ərzində ixracla bağlı bütün problemləri həll edəcəyini vəd etmişdi. O, Moskvaya səfər etsə də, ixracla bağlı qaldırdığı məsələlərin heç biri öz həllini tapmadı. Rusiya tərəfi onu soyuqqanlılıqla dinləyərək əvvəlki mövqeyini bir daha təkrarladı: “Sizin məhsullarınız bizim bazarın tələblərinə cavab vermir”. Aydın görünür ki, Paşinyan faktiki olaraq Rusiya ilə AB arasında qəti seçim etməyə sövq edilir. Onları hətta Samvel Karapetyan və Qagik Çarukyanın taleyi də maraqlandırmır. Yeganə tələb isə TRİPP layihəsindən imtina etmək və Aİİ ilə oyun oynamaqdan əl çəkməkdir”, – məlumatda deyilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki