image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-95b75b9720e413de2dad7e8f8fa3e6ea

Kiyevə hərbi yardım NATO-nun müdafiə xərclərinə daxil ediləcək

image-legitimaz-810x90

NATO-ya üzv dövlətlərin Ukraynaya göstərdiyi hərbi yardım onların müdafiə xərclərinə hesablana bilər və bu adətən ÜDM-in 5 %-nə çatmalıdır.

”Xeberaz.info” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda bildirib.

Q.Nauseda qeyd edib ki, NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmaq ambisiyaları əvvəlkindən qat-qat əhəmiyyətlidir: “Bu, Haaqa sammitinin ən mühüm nəticəsi olmalıdır”, – Litva Prezidenti deyib.

Qeyd edək ki, 2024-cü ildə Litva hər il ÜDM-in 0,25 %-ni Kiyevə müdafiə və təhlükəsizlik ehtiyacları üçün ayırmağı öhdəsinə götürüb ki, bu da təxminən 190 milyon avro təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki