image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1765528269-1df222d5-0c77-3644-b2a2-c31d30318dbd_825

“Kiyev Donbasda bufer zonası yaratmağa razıdır” – Podolyak

image-legitimaz-810x90

Ukrayna Donbasda bufer zonasının yaradılmasına razılıq verib.

“Xeberaz.info” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

“Cəbhə xəttinin hər iki tərəfində silahsızlaşdırılmış zona mövcud olmalıdır. Məntiqi və hüquqi baxımdan bütün növ silahların, yoxsa yalnız ağır silahların geri çəkilməli olduğunu müəyyən etmək lazım olacaq”, – deyə o qeyd edib.

Qeyd olunur ki, belə bir bənd Kiyev tərəfindən Avropa müttəfiqlərinin dəstəyi ilə hazırlanmış ABŞ-nin 20 bəndlik sülh planının yeni versiyasında yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki