image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1759313112484129354_1200x630

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək

image-legitimaz-810x90

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Prezident cənab İlham Əliyev İtaliya Prezidentinin Azərbaycana birinci rəsmi səfərinin 7 il bundan əvvəl baş verdiyini bildirib. İtaliya Prezidentinin ölkəmizə səfəri onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, “Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı.

Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq”. Görüş zamanı son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımlar atıldığı vurğulanıb. Strateji tərəfdaşlığımızın həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verdiyi bildirilib. Prezident cənab İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub.

Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır.Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki