İsrailin İrana hərbi nöqteyi-nəzərdən hücumunun nəticələri Ukraynaya bir qədər mənfi təsir göstərə bilər, çünki indi ABŞ yəqin ki, 2023-cü ildə olduğu kimi, diqqətini İsrailə yönəldəcək.
”Xeberaz.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavlo Narojni deyib.
“HƏMAS-ın İsrailə qarşı hücuma başladığı vaxtı xatırlayaq. Sonra ABŞ diqqətini İsrailə verdi və əhəmiyyətli miqdarda hərbi yardım göndərdi. Bunlar əsasən 155 kalibrli mərmilər idi, bizə hava-su kimi lazım idi, çünki artilleriya bu müharibədə əsas zərbə qüvvəsi olub və olacaq.
İsrailin ABŞ-da kifayət qədər güclü lobbisi var və müəyyən ehtimalla diqqət oraya yönələcək. Bununla belə, İrandan Rusiyaya silah tədarükü ilə bağlı vəziyyət çətin ki, dəyişsin”, – o qeyd edib.