İsrail hərbçiləri ölkənin cənubundakı Əl-Kuneytra vilayətində bir neçə yaşayış məntəqəsinə girərək nəzarət-buraxılış məntəqələri qurublar.
”Xeberaz.info” Suriya dövlət agentliyi SANA-ya istinadən xəbər verir ki, Məlumata görə, beş hərbi texnikadan ibarət kolonna işğal olunmuş Colan təpələri ilə sərhəddə yerləşən ər-Rafid şəhərinə daxil olub. Digər bir kolonna isə vilayətin mərkəzində, Dəməşqdən 70 km məsafədə yerləşən Ruvayhina qəsəbəsinə irəliləyib.
Bildirilib ki, İsrail qüvvələri bir neçə saat sonra bölgədən geri çəkiliblər.