İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti avqustun 9-da, şənbə günü səhər saatlarında Cənubi Livanın Eynat bölgəsində əməliyyat keçirildiyini açıqlayıb.
”Xeberaz.info” xəbər verir ki, əməliyyat zamanı “Hizbullah”ın İsrail qüvvələri barədə kəşfiyyat məlumatı toplayan silahlısı zərərsizləşdirilib.
IDF bəyan edib ki, bu fəaliyyətlər İsrail və Livan arasında mövcud razılaşmaları pozur.